Azərbaycan Ordusu daha bir əsgərini itirdibackend

Azərbaycan Ordusu daha bir əsgərini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya, Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Xatırladaq ki, sentyabrın 20-də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu da düşmən tərəfindən vurularaq öldürülmüşdü.