İnterpress.az “euronews”ə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları terrorçuları zərərsizləşdirmək üçün onların gizləndiyi evə basqın təşkil edib.
Əməliyyatlar zamanı tərəflər arasında şiddətli toqquşma baş verib. Həmin vaxt yaxınlıqdakı evdə toy mərasimi keçirilirmiş və güllələr məclisə toplaşan qonaqlara da tuş gəlib. Nəticədə tələfat qaçılmaz olub. 15-ə qədər yaralı var. Rəsmi mənbələrin məlumatına görə, onların hamısı təhlükəsizlik əməkdaşlarının açdığı atəş nəticəsində ölüb və yaralanıb.
Terrorçuların itkiləri 20-dən çoxdur.