İnterpress.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, təyyarə aeroporta yanan şassilərlə enib.
Hadisə nəticəsində 49 nəfər xəsarət alıb: onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicəyə göndərilib.
“Azur Eyr” aviaşirkətinə məxsus təyyarə Vyetnamdan uçuş həyata keçirib, göyərtəsində 331 sərnişin olub.
Barnaul nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.