Məhəmməd ibn Salmandan Kaşıkçı cinayəti ilə bağlı şok etiraf – VİDEObackend

Məhəmməd ibn Salmandan Kaşıkçı cinayəti ilə bağlı şok etiraf – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Haber7”in məlumatına görə, reportajda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman danışıb.

Tam mətni oktyabrın 1-də ABŞ-ın “PBS” telekanalında yayımlanacaq reportajın anonsu böyük səss-küyə səbəb olub.

Anonsda Məhəmməd ibn Salman Kaşıkçı cinayətinə görə bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi məlum olub.

Həmin qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.