İnterpress.az “newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.
Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 \”KamAZ\” və 1 \”ZİL\” markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus \”KamAZ\”-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.
Qəzanın səbəbi araşdırılır.