Məhkəmə Batumi meriyasının məscid inşasına icazə verməməsini ayrı-seçkilik hesab edibbackend

Məhkəmə Batumi meriyasının məscid inşasına icazə verməməsini ayrı-seçkilik hesab edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, məhkəmə müsəlman icmasının müraciətini qismən təmin edib.

Məhkəmə xüsusilə, Batumi meriyasının yeni məscidin tikintisi üçün inşaat icazəsini rədd etməsini ayrı-seçkilik kimi qiymətləndirib və meriyaya müsəlman icmasının tələbini nəzərdən keçirməyi tapşırıb.

İddiaçının nümayəndəsi Anzor Xatiaşvili isə qərardan narazı qalıb. O bildirib ki, işin meriyaya qaytarılması prosesin yenidən təxirə salınmasına səbəb olacaq. A. Xatiaşvili qərardan şikayət verib. Şəhər meriyasının nümayəndəsi məhkəmə prosesində iştirak etməyib.

Qeyd edək ki, Batumi məhkəməsi iki ilə yaxındır işə baxır. Hakim Cumber Bejanidze daha əvvəl məhkəməni bir neçə dəfə təxirə salıb və tərəfləri öz aralarında barışmağa çağırıb. Lakin bələdiyyə və müsəlman icması arasında danışıqlar aparmaq üçün edilən bütün cəhdlər uğursuz alınıb.