Prezident icra başçısını vəzifəsindən azad etdibackend

Prezident icra başçısını vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev vəzifəsindən azad edilib.

Interpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.