İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twetter” hesabında yazıb.
“Adam Şiff Ukrayna prezidenti Vladimir Zelenski ilə danışığımla bağlı saxta faktlar açıqladığı və vətənə xəyanət etdiyi üçün həbs olunmalıdır”, – deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, D.Tramp Vladimir Zelenski ilə 2019-cu ilin iyulundakı telefon danışığında ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hunter Baydendən bəhs edib.
Xatırladaq ki, A.Şiff ermənilərin saxta iddialarını müdafiə, Dağlıq Qrabağa dair tarixi sənədləri və faktları tez-tez təhrif edir.