Faiq Əmirov: “İstefa verənlərin heç biri AXCP üzvü olmayıb”backend

Faiq Əmirov: “İstefa verənlərin heç biri AXCP üzvü olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AXCP sədrinin köməkçisi Faiq Əmirov APA-ya açıqlamasında istefalar barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Bunlar hamısı boş və yalan informasiyalardır. İstefa verənlərin heç biri AXCP üzvü olmayıb və partiya ilə hər hansı əlaqəsi yoxdur”.

Xatırladaq ki, AXCP sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını bəyan edib və bütün partiya üzvlərini onun ətrafında birləşməyə çağırıb. Bundan sonra partiyadan bir qrup şəxsin istefa verərək, Əli Kərimlinin siyasətini tənqid etdiklərini açıqlayıblar.

İnterpress.az