İranda PKK-ya yardım edən 6 kürd edam edildibackend

İranda PKK-ya yardım edən 6 kürd edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatlar İraq Kürdüstanında fəaliyyət göstərən saytlar tərəfindən yayılıb. Məlumata görə, Urmiyə həbsxanasında saxlanılan və İran rejimi tərəfindən edam cəzasına məhkum olunan kürd əsilli siyasi fəal Bəhruz Alxani dünən təkadamlq kameraya aparılmışdı.

İraq Kürdüstanı insan hüquqları fəallarına məxsus internet resurslrda yer alan xəbərə görə, Alxani və 5 siyasi məhbus dünən gecə yarısı saat 01:00 edam edilib.

Behruz Alxani ilə birlikdə edam edilən digər 5 məhbusun şəxsiyyəti açıqlanmayıb.

Behruz Alxaninin ailəsi dünən Urmiyə Həbsxananın qapısına gələrək oğullarının edam cəzasının dayandırılmasını tələb ediblər.

Beynəlxalq Əfv Təşkilatı da dünən yazılı açıqlama yayaraq, İran rejimindən Behruz Alxaninin edamının ləğv edilməsini istəmişdi.

Qeyd edək ki, Behruz Alxani 1985-ci ildə Güney Azərbaycanın Salmas şəhərində dünyaya gəlib. 27 yanvar 2010-ci ildə həbs edilib. Təxminən 9 ay Salmas, Xoy və Urmiyada psixoloji və fiziki işgəncələrə məruz qalıb.

Alxani 15 digər kürd siyasi ilə birlikdə PKK-nın iran qolu olan Kürdüstan Azad Həyat Partiyası (PJAK) kömək etdikləri səbəbiylə həbs olunmuşdu.

İnterpress.az