Kralı şantaj edən jurnalistlər həbs edildibackend

Kralı şantaj edən jurnalistlər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Erik Loran və Katrin Qrase adlı jurnaistlər kralı ifşa edən materialların olduğu kitabı çap etməmək üçün ondan külli miqdarda pul istəyiblər.

Avqustun 11-də Loran kralın vəkili ilə görüşüb və ona öz tələblərini çatdırıb. Mərakeş hökuməti dərhal Fransa polisinə məlumat verib. Daha sonra vəkil jurnalistlərlə görüşüb və məbləğin müəyyən hissəsini onlara verib. Görüşdən dərhal sonra polis hər iki şəxsi saxlayıb.

Qeyd edək ki, Erik Loran Mərakeşin keçmiş kralı 2-ci Həsən barədə 1993-cü ildə yazdığı kitabla tanınır.

İnterpress.az