İnterpress.az xəbər verir ki, püşkatmada 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək.
Püşkatma nəticəsində \”Qəbələ\” C qrupunda \”Dortmund\” (Almaniya), \”Krasnodar\” (Rusiya), PAOK (Yunanıstan) klubları ilə mübarizə aparacaq. \”Qarabağ\” isə, \”Tottenhem\” (İngiltərə), \”Anderlext\” (Belçika) və \”Monako\” (Fransa) klubları ilə birlikdə J qrupunda yer alıb.
Matçların təqvimi: 1 tur – 17 sentyabr, 2 tur – 1 oktyabr, 3 tur – 22 oktyabr, 4 tur – 5 noyabr, 5 tur – 26 noyabr, 6 tur – 10 dekabr.
***
09:46
İnterpress.az xəbər verir ki, təmsilçilərimiz \”Qarabağ\” və \”Qəbələ\” Avropa Liqasının qrup mərhələsinə adlarına yazdırmaqla ilkə imza atıblar.
Bu gün Bakı vaxtıyla saat 16:00-da gözlər Monakoya çevriləcək. Məhz bu şəhərdə keçiriləcək püşkatma mərasimində təmsilçilərimizin qrup mərhələsindəli rəqibləri məlum olacaq.
Artıq ştirakçıların tam siyahısı dəqiqləşib və komandalar püşk öncəsi 4 səbətə bölünüb. Reytinqi nisbətən aşağı olan hər iki komandamız sonuncu – 4-cü səbətdə yer alıb. Onların potensial rəqibləri isə digər 3 səbətdə qərarlaşıb.
I səbət
\”Şalke” (Almaniya)
\”Borussiya” (Dortmund, Almaniya)
\”Bazel” (İsveçrə)
\”Napoli” (İtaliya)
\”Tottenhem” (İngiltərə)
\”Ayaks” (Hollandiya)
\”Vilyareal” (İspaniya)
\”Rubin” (Rusiya)
\”Atletik” (İspaniya)
\”Sportinq” (Portuqaliya)
\”Marsel” (Fransa)
\”Dnepr” (Ukrayna)
II səbət
\”Braqa” (Portuqaliya)
\”Fiorentina” (İtaliya)
\”Latsio” (İtaliya)
\”Anderlext” (Belçika)
\”Liverpul” (İngiltərə)
\”Alkmaar” (Hollandiya)
\”Viktoriya” (Çexiya)
\”Brügge” (Belçika)
PAOK (Yunanıstan)
\”Seltik” (Şotlandiya)
\”Beşiktaş” (Türkiyə)
APOEL (Kipr)
III səbət
\”Monako” (Fransa)
\”Sparta” (Çexiya)
\”Fənərbaxça” (Türkiyə)
\”Legiya” (Polşa)
\”Bordo” (Fransa)
\”Lokomotiv” (Rusiya)
\”Lex” (Polşa)
\”Sent-Etyenn” (Fransa)
\”Slovan” (Çexiya)
\”Auqsburq” (Almaniya)
\”Rapid” (Avstriya)
\”Krasnodar” (Rusiya)
IV səbət
\”Partizan” (Serbiya)
\”Asteras” (Yunanıstan)
\”Belenenseş” (Portuqaliya)
\”Rusenborq” (Norveç)
\”QARABAĞ” (AZƏRBAYCAN)
\”Molde” (Norveç)
\”Dinamo” (Belarus)
\”Qroninhen” (Hollandiya)
\”Syon” (İsveçrə)
\”Midtyulland” (Danimarka)
\”Skenderbeu” (Albaniya)
\”QƏBƏLƏ” (AZƏRBAYCAN)
İnterpress.az