İnterpress.az xəbər verir ki, məsələ sayt əməkdaşı bu gün səhər AzNews.az-da gedən “Bakıda dəhşətli anlar – 8 güllə açıldı: 1 ölü, 1 yaralı…” başlıqlı yazıda hadisəni törədən şəxsin polis əməkdaşı olması ilə bağlı xəbərə aydınlıq gətirilməsi üçün Ehsan Zahidova müraciət edərkən olub.
“O, hadisə ilə bağlı açıqlama vermək əvəzinə, yazının saytdan çıxarılmasını tələb edib. Bundan əlavə, əməkdaşımıza qarşı ağır ifadələr işlətdi və onu təhdid edib. Daha sonra mənə zəng edərək küçə söyüşləri söydü, heç bir tərbiyəyə sığmayan və əxlaqdan kənar ifadələr işlətdi” deyə saytın yaydığı məlumatda bildirilir.
DİN-in mətbuat xidmətinin əməkdaşının sözügedən səs yazısı hazırda saytdadır və bununla bağı əlaqədar qurumlara müraciət ediləcək. Sayt rəhbərliyi “Ehsan Zahidovun tərbiyəsiz davranışı ilə bağlı daxili işlər naziri Ramil Usubova və digər aidiyyəti qurumlara, eləcə də, məhkəməyə müraciət etdikdən sonra həmin səs yazısını ictimaiyyətə təqdim edəcək.
İnterpress.az