“Qarabağ” və “Qəbələ” nə qədər pul qazandı?backend

“Qarabağ” və “Qəbələ” nə qədər pul qazandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimiz \”Qarabağ\” \”Yanq Boyz\”u (İsveçrə), \”Qəbələ\” isə \”Panatinaikos\”u (Yunanıstan) mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanıb.

Bununla bağlı hər iki klubumuza da UEFA-dan müəyyən məbləğ ödəniləcək. Lakin Avropa Liqasında 4 mərhələ keçən \”Qəbələ\”nin qazancı Ağdam təmsilçisindən çoхdur.

Belə ki, Şimal təmsilçisi mərhələlərə görə ardıcıl olaraq 120, 130, 140 və 150 min avro alacaq. Qrup mərhələsinə adladığına görə isə \”qırmızı-qaralar\”a 1,3 milyon avro ödəniləcək. Beləliklə, \”Qəbələ\” 1 milyon 840 min avro əldə edəcək.

\”Qarabağ\” Çempionlar Liqasında bir mərhələ keçib və 300 min avro qazanıb. Avropa Liqasının pley-off mərhələsinə görə 150 min, qrupa vəsiqəyə görə 1,3 milyon avro qazanacaq ağdamlıların ümumi gəliri 1 milyon 750 min avrodur. (qafqazinfo)

İnterpress.az