İŞİD-in “əsas adamlarından” biri tutuldubackend

İŞİD-in “əsas adamlarından” biri tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə şiə silahlılı qrupu “Həşdi Şabi”nin açıqlamasında xəbər verilir. Əməliyyatda Həsən Allavi Kerboli adlı İŞİD səlahiyyətlisi həbs olunub.

İŞİD-çinin Ənbar vilayətinə bağlı Fəlluca mahalının Lift qəsəbəsində tutulduğu qeyd edilib.

Digər tərəfdən bu gün İŞİD -in Ənbar vilayəti, mərkəzi Ramadinin şimalında həyata keçirdiyi hücumda biri kürd olmaqla 2 komandir və 4 əsgər həyatını itirib.
Hadisədə general Sefin Abdulməcid adlı kürd komandir və Ənbar Əməliyyatlar Komandir müavini general Abdurrahman Mehdi Əbu Regif ilə 4 mühafizəçisi həlak olub.
İraq Müdafiə Nazirliyi 13 iyulda ordu və “Haşdi Şabi” üzvlərinin 10 mindən çox silahlısının iştirakı ilə Ramadini qurtarma əməliyyatına başlayıb.

İnterpress.az