İnterpress.az xəbər verir ki, Ankarada gözlərdən yayınmayan bəzi təmas və açıqlamalar İŞİD-ə qarşı Türkiyə ilə ABŞ hərbi hava qüvvələrinin ortaq bir hərəkata başlaya biləcəyinin işarəsi kimi qəbul edilir.
Prosesi qiymətləndirmək üçün bir ay əvvələ qayıtmaq lazımdır. Hadisələrin son inkişafı xülasəylə belədir:
Ərdoğanla Obama razılaşdı
– İyul ayında Ankaraya gələn ABŞ prezidenti Obamanın İŞİD-lə qlobal mübarizə üzrə xüsusi nümayəndə Con Allenin rəhbərliyindəki heyətlə Xarici İşlər Nazirliyində əhəmiyyətli danışıqlar aparılıb. Bu danışıqların ardından prezident Rəcəb Tayyib Ərdoğanla Obamanın telefon görüşməsi ilə razılaşma siyasi səviyyədə təsdiqini tapıb. Bunun ardından “İncirlik” bazası ABŞ reaktivləri ilə bu hava gücünə logistik dəstək verəcək birliyin istifadəsinə verildi.
– Türk hərbi hava qüvvələri İŞİD-ə qarşı hava hərəkatı icra etdi. Ancaq bu məhdud oldu.
– Türkiyə ilə ABŞ arasında İŞİD-ə qarşı ortaq hava əməliyyatı aparılması üçün hərbi xarakterli texniki müzakirələrə başlandı. Müzakirələr bu həftənin əvvəli sona çatdı və hərbi xarakterli sənəd imzalandı. Bu sənədin imzalandığını da xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqladı.
Prezident Sarayında iki saatlıq görüş
-Prezident Rəcəb Tayyib Ərdoğanla Baş Qərargah rəisi general Hulusi Akarın Dövlət günü çərçivəsində Prezident arayındakı görüşü 2 saat davam etdi. General Akar daha sonra Çankaya Köşkünə keçərək, Baş nazir Əhməd Davudoğlu ilə görüşdü.
Sözçüdən işarə
– Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç mətbuat konfransında Türkiyə ilə ABŞ arasında terror təşkilatı İŞİD-ə qarşı xüsusi əməliyyatlar və hava hərəkatı ilə bağlı hərbi sənədin imzalandığını xatırladaraq, ortaq uçuşların gündəmdə olduğunu ifadə etdi.
Komandir Diyarbəkirdə
– Türk Hava Qüvvələrinə aid 8 ədəd F-16 reaktivi Suriya sərhədində patrul vəzifəsini icra etdi.
– Hava qüvvələri komandiri general Abidin Ünal Diyarbakıra gedərək birlikləri təftiş etdi. Ünalın ziyarətinin məqsədlərindən biri reaktiv bazasından Şimali İraqdakı PKK-ya qarşı əməliyyat keçirən qruplara ruh yüksəkliyi verməkdir.
– Diyarbakır təkcə hava qüvvələri komandirliyi və PKK-ya qarşı hava əməliyyatları üçün deyil, həm də hava hərəkatının mərkəzi olma xüsusiyyəti daşıması səbəbiylə də çox əhəmiyyətlidir. Hava qüvvələri komandanlığının əsas müdafiə ünsürlərini tək bir komandanlıq altında toplayan \”muharip Hava Qüvvələri və Hava Mərmi Müdafiə Komandanlığı\” 05 Avqust 2014-cü il tarixində Əskişəhərdə təşkil edilib. Bu komandanlığın mərkəzi qərərgahı Diyarbəkirdədir. Ünalın ziyarəti bu çərçivədə əhəmiyyətli idi. İŞİD-ə qarşı hava hərəkatında Diyarbakır əhəmiyyətli bir qərargah olacaq.
İnterpress.az