Nurəddin Türkman: Osmanlı imperiyası süqut etdikdən sonra türkmənlər bütün haqlarını itirdilərbackend

Nurəddin Türkman: Osmanlı imperiyası süqut etdikdən sonra türkmənlər bütün haqlarını itirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya türkmənlərinin indiki vəziyəti barədə Suriya Türkman Cəbhəsi İdarə Heyəti üzvü Nurəddin Türkman İnterpress.az-a danışıb.

Nurəddin Türkman: \”Biz Suriya türkmənləri olaraq haqqımızı istəyirik. Hər bir xalqın haqqı olduğu kimi bizim də haqqımız var və onun üçün mübarizə aparırıq. Suriyada bir neçə yüz min nəfərə haqq verdikləri kimi 5 milyona da haqq verməlidirlər. Türkmənlərin hüquqları nə indi var, nə də 50 il öncə. Osmanlı imperiyası süqut etdikdən sonra türkmənlər bütün haqlarını itiriblər. Yazıb-pozurlar ki, Suriyada kiçik xalqlar döyüşür, vuruşur, ancaq 5 milyonluq türkmənlər döyüşmür. Bu ağ yalandır. Biz döyüşürük, ancaq bu mediada yer almır. Türkmən subayları, səlçuqlu subayları Suriyada döyüşür. Orada döyüşmək artıq məcburidir. Kim razı olar ki, başqa birisi gəlib onun evinə girsin, arvadını, qızını zorlasın? Heç kim buna razı olmaz. Ona görə də, istəsək də, istəməsək də döyüşməliyik. Türkmənlar öz haqları uğrunda döyüşürlər, ancaq media bunu yazmır. Media üçün niyəsə İŞİD, PKK, PYD maraqlıdır. Türkmənlər nə İŞİD tərəfdən, nə də Suriya tərəfdən döyüşür. Türkmənlər ancaq öz haqları uğrunda döyüşürlər. Azərbaycana gəlməkdə isə bir xüsusi məqsədimiz yoxdur. Məqsədimiz öz türk xalqımızla tanış olmaq, yaxın əlaqələr qurmaqdır. Bu da bizim təbii haqqımızdır\”.

Qeyd edək ki, Suriya müharibəsinin didərgin saldığı türkmənlər Türkiyə ərazisində Osmaniyə, Qaziəntəp və Malatyada çadır şəhərciklərində yaşayırlar. İmkanları olanlar isə böyük şəhərlərdə, daha çox İstanbulda məskunlaşıblar.

http://www.interpress.az/uploads/posts/2015-08/1440775664_nureddinturkman.jpg

İnterpress.az