Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölübbackend

Dominikada baş verən fırtına nəticəsində 35 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Prensa Latina” agentliyinə istinadən xəbər verir ki, xilasedicilər torpaq sürüşməsi baş vermiş Petit-Savanna yaşayış məntəqəsində 27 nəfərin cəsədini aşkar ediblər.

Məlumata əsasən, təbii fəlakət nəticəsində adanın 80% ərazisi elektrik enerji və içməli susuz qalıb, ölkənin hava limanı daşqın səbəbindən bağlanıb. Adanın bir sıra yaşayış məntəqələri və yolları su altında qalıb. Dominikanın cənub-şərqində yerləşən Pti-Savanna kəndi isə təbii fəlakət nəticəsində ətraf aləmdən tamamilə təcrid olub.

Qeyd edək ki, avqustun 28-də ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott “Erika” fırtınasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib.

İnterpress.az