İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən atışmada 3 polis yaralanıb, 2 PKK-lı öldürülüb. Ağır yaralanan polislərdən biri aparıldığı xəstəxanada vəfat edib.
Türkiyənin Şanlıurfa vilayətində də terror aktı törədilib. Balıklıgöl Dövlət Xəstəxanasının təcili yardım bölməsindən çıxan polis maşınına hücum edilib. Ağır yaralanan 2 polis əməkdaşı xəstəxanada vəfat edib.
Hadisə yerinə çox sayda polis cəlb edilib. Hücum edənlərin tapılması üçün əməliyyat başladılıb.
İnterpress.az