Güləşçilərimiz iki “bürünc” qazandılarbackend

Güləşçilərimiz iki “bürünc” qazandılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, çempionatın son günlərində sərbəst güləşçilər yarışıb. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil ediblər.

Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev) və 2 bürünc (Şahin Muxtarov, Fazil Həsənov) medal qazanıblar.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurublar.

Yarışda 63 kiloqram çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz yaponiyalı rəqibinə 6:2 hesabı ilə qalib gəlib və dünya çempionatını fəxri kürsünün üçüncü pilləsində başa vurub.

Çempionatda 76 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib. Ancaq dörddə bir finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici qarşılaşmaya qatılan güləşçimiz Cənubi Afrika Respublikası idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Ə.Quliyev İran təmsilçisinə də tam üstünlüklə (10:0) qalib gəlib və dünya çempionatının bürünc medalına sahib olub.

Xatırladaq ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov, Xancavad Məcidzadə və Ülvi Qənizadə) medalla başa vurub.

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlardan ibarət komandamız isə 1 qızıl (Leyla Qurbanova), 2 bürünc (Zelfira Ələkbərli və Şəbnəm Əhmədova) medal qazanıblar.

İnterpress.az