İnterpress.az xarici mətbuata istinadən bildirir ki, artıq Tripoli yaxınlığında balıqçılar 30 cəsəd aşkarlayıblar.
Qızıl Aypara Cəmiyyəti gəmidə ümumilikdə neçə nəfərin olması barədə hələlik dəqiq məlumat əldə edilmədiyini bildirib.
Xatırladaq ki, qanunsuz miqrantarı daşıyan gəmilərdə qəzaların sayı son zamanlar kəskin artıb. Bu isə miqrantların təhlükəsiziyi məsələsinin beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsinə gətirib çıxarıb.
Son 8 ayda Avropaya getmək üçün əsasən Afrika ölkələrindən olan 300 min miqrant təhlükəli yol seçib. Onlardan 2500 nəfəri həlak olub. 2014-cü ildə Aralıq Dənizi vasitəsilə Avropa ölkələrinə 219 min qanunsuz miqrant gedib.
İnterpress.az