İnterpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0480 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0016 manat və ya 0,14% azalaraq 1,1789 manat olub.
Manata nəzərən Rusiya rublu 0,0002 manat və ya 1,26% bahalaşaraq 0,0161 manat olub.
İnterpress.az