İŞİD-in pulu: yeni dinarbackend

İŞİD-in pulu: yeni dinar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat, hakim olduğu bölgələrdə yalnız çıxardığı dinarın etibarlı olacağını bildirdi.

İraq və Suriyanın böyük hissəsini ələ keçirən və etdiyi qanlı edamlarla dünyanın gündəmində yer alan İŞİD, indi də öz pul vahidini çıxardı. Bunu xəbəri də yayınladığı video ilə bildirdi.

İŞİD-in Məhəmməd Peyğəmbərin zamanında istifadə edilən qızıl dinarlara bənzəyən pullar nümayiş etdirdiyi videoda \”Əl-Qaidə\”nin 11 Sentyabr 2001-ci ildə ABŞ-dakı əkiz qüllələrə təşkil etdiyi hücumlara aid görüntülər də də yer alır.

Təxminən 55 dəqiqə davam edən videoda, ingilis, ərəb, fransız, rus, və türk dili də olmaqla, müxtəlif dillərdə altyazılar da var.

\”ABŞ iqtisadiyyatı iflas etdi\” iddiası

Qızıl pulun xüsusiyyəti izah edilən videoda Amerikanın Yaxın Şərqdəki neft çıxaran ölkələri əlində tutduğu və nefti dollarla satdığı deyilir. Dollarla satışın dayanacağı halda, ABŞ-ın iflas ediləcəyi deyilir. Videoda həmçinin, ABŞ-ın iqtisadi olaraq, iflas etdiyi, lakin bu ölkələr sayəsində ayaq üstə durduğu deyilir.

Əsl qiymətləndirmə ölçüsünün tarixdən günümüzə qədər qızıl olduğu bildirilən videoda, İŞİD, neftin dollarla satılmasının qadağan etdiyini də, bildirir.

İŞİD dinardan əlavə, gümüşdən dirhəm və misdən fülüs çıxarıb. Pulun üzərində isə, \”İslam Dövləti Peyğəmbərlik yolu üzərinə xilafət\” və \”5 dinar\” yazılır. Bir dinar 4.25 qr qızıla bərabər gəlir.

İŞİD Mosulda 430 ton qızıl ələ keçirmişdi
Qızıldan dinarını istehsal edən İŞİD ötən il İraqın Mosul şəhərində 430 min ton qızıl ələ keçirmişdi. Təşkilat öz pulundan başqa digər pulları da qadağan edib. Təşkilatın ən çox narahat olduğu pul biri isə Amerika dollarıdır.

İŞİD-in pulu: yeni dinar

İnterpress.az