NİDA parlament seçkilərinə 4 namizədlə qatılacaqbackend

NİDA parlament seçkilərinə 4 namizədlə qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hərəkatın üzvü Turqut Qəmbərin musavat.com-a verdiyi açıqlamaya görə, N!DA artıq seçkilərdə iştirak etmək üçün namizədlərini təyin edib:

“Hazırda bizim dörd namizədimiz var. Onlar, 9-cu dairədən Ülvi Həsənli, 18-ci dairədən Ramin Hüseynov, 29-cu dairədən Elgiz Qəhrəman və 106-cı dairədən Nicat Əmiraslanov olacaq. Biz seçkilərdə müstəqil şəkildə iştirak etmək fikrindəyik. Ancaq, buna baxmayaraq həm Müsavat Partiyası, həm REAL hərəkatı ilə əlaqələrimiz var. Müşahidəçilik məsələsində onlarla əməkdaşlığımız olacaq.”

T.Qəmbər hərəkatın bir zamanlar vahid namizədlə seçkilərə qatılmaq istəyindən vaz keçməsinin səbəblərini də açıqlayıb:

“Bu fikir üzərində dayanmadıq. Çünki bizdə 2010-cu ilin nümunəsi var ki, burada hakimiyyət bir çox müxlif namizədin qeydiyyata alınmadığının şahidi olmuşuq. Bu baxımdan düşündük ki, kim haradan istəyirsə, öz namizədliyini irəli sürsün. Əsas məqsədimiz qeydiyyatda keçməkdir. Ola bilər ki, seçkilərə vahid namizədlə qatılardıq və həmin şəxsi qeydə almazdılar. Bu səbəbdən biz bir neçə namizədlə seçkilərdə iştirak etmək qərarına gəldik.”

Turqut Qəmbər hərəkatın namizədlərinin sayında dəyişikliklər olacağını da bildirib:

“Ola bilər ki, yaxın günlərdə bizim namizədlik siyahımız genişlənsin. Belə olduğu təqdirdə mətbuata məlumat verəcəyik.”

İnterpress.az