Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildibackend

Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, sentyabrın 1-də Bakı Ağır Cinayətləri dair Məhkəmədə Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayılın 7 il 6 ay azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarılıb.

Məhkəmə jurnalistə qarşı irəli sürülən CM-nin 125-ci maddəsinin çıxarılması haqqında qərar qəbul edib.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.

İnterpress.az