Daha bir üzv Müsavatdan çıxarıldıbackend

Daha bir üzv Müsavatdan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məsələ Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti toplantısında müzakirə olunub.

MNTK sədri Sevinc Hüseynova bildirib ki, geniş müzakirələrdən sonra partiyanın üzvü İsmayıl Nəzərlinin (İsmayıl Kəsəmənli) Müsavat Partiyasının Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərinin və Programının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric etmək haqqında qərar qəbul edilib.

Müsavat Partiyası 29 avqust 2015-ci il tarixli Məclisində təsdiq edilmiş namizədə (İsa Qəmbərə) qarşı apardığı anti-təbliğata görə Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova isə xəbərdarlıq edilib.

İnterpress.az