Bu cür mövqe nümayiş etdirməsinin günahkar o deyil ki, onun təmsil etdiyi HDP-ni hökümət ortağı edənin, onlara səs verərək türk siyayətində söz sahibi edənlərin heçmi günahi yoxdur? PKK-nın siyasi qanadı olduğunu inkar etməyən bir partiyanın millət vəkillərinin çoxunun erməni əsilli olduğu Türkiyəni yönəldənlərin çoxuna bəllidir və bu qədər önəmli bir nazirliyi Konca kimisinə əmanət edəndə bilmirdilər bunun sonu nə ola bilər? Millət vəkili Fazil Mustafanın bu məsələ ilə bağlı fikirləri ilə razıyam. Türkiyənin höküməti bu vəzifəni ona verəndə \”bunların bir Türk düşməni olduğunu bilmirdilər\” demək sadəlövhlük olar, məncə məsələlər bu qədər bəsit deyil.
İndi bunun bir də Azərbaycan ayağı var. Harada bir erməni məsələsi varsa, o bir başa bizi ilgiləndirir, ona görə ki gerçək soyqırıma biz məruz qalmışıq. Ermənilər əslində Azərbaycan Türklərinə qarşı törətdikləri soyqırımı örtmək üçün \”sözdə erməni soyqırımı\”-yalanını ortaya atdılar və bu yalana dünyanı və içimizdəki bəzi ermənisevərləri da inandırdılar. Onların təbliğatını aparan həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyada yetərincə xain var. Bundan sonra işimiz daha çətin olacaq. Türkiyədə barış dönəmində səsini çıxarmayanlar, bu \”Türkiyənin daxili məsələsidir\” deyənlər, türk millətinin deyil, türk düşmənlərinin yanında olanlar indiki duruma görə bülbül kimi ötürlər. Bu Millət sizin kimi unutqan deyil, kimin nə olduğunu bilir və yaddaşında saxlayır. Erməni məsələsi ve barış dönəmində susaraq, ermənilərə hər cür güzəşt edənlərin yanında dayanmaq nəticədə, hər iki halda erməniyə xidmət, türk millətinə xəyanət etmək deməkdir. Biz bunu dəfələrlə yazdıq və dedik ki, türk düşmənlərinə bu qədər üz versəniz, sonda millətin və dövlətin başına bəla olarlar.
Unutmayaq ki, \”Erməni soyqırımı\” yalanı Türkiyə və Azərbaycanın birlikdə ifşa edəcəyi bir məsələdir. Çünki Xocalı soyqırımı türk millətinin ortaq dərdidir. Bizi birləşdirən dərdi unudursaq, hələ çox xainin ermənidən üzr istəməsinin şahidi olmağa davam edəcəyik!..
İnterpress.az