İnterpress.az xəbər verir ki, bu açıqlama ilə BMT Uşaq Fondu çıxış edib.
Sənədə görə, bu ölkələrdə təhsil müəssisələri tez-tez hücumlara məruz qalır. Suriya, İraq, Yəmən və Liviyada 8850-dən artıq məktəb dağıdılıb.
Müəllimlər qaynar nöqtələrdəki məktəbləri tərk etmək məcburiyyətində qalıb. Valideynlər şagirdləri məktəbə buraxmır. İordaniya, Türkiyə və Livana sığınan 700 mindən artıq uşaq təhsilini davam etdirə bilmir.
İnterpress.az