İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.
Qeyd edək ki, R. Bayramov prodüserliklə məşğul olur.
İnterpress.az