Baş nazir: “Qaçqın axını xristian kökənimizi təhdid edir” – VİDEObackend

Baş nazir: “Qaçqın axını xristian kökənimizi təhdid edir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Orban qitə ölkələrinin sərhədlərinə daha möhkəm nəzarət etməyə çağırıb. Alman qəzeti “Frankfurt Allgemeine Zeitung”da məqalə ilə çıxış edən Baş naziri Viktor Orban \”Xalqımız bizdən sərhədlərimizi qorumağımızı və vəziyyətə hakim olmağımızı istəyir\” ifadələrinə yer verib.
Avropaya qaçqın axınının qitənin xristian mənşəyini təhdid etdiyini söyləyən Orban \”Yalnız sərhədlərimizi nəzarət altına alsaq, hər ölkənin ala biləcəyi qaçqın kvotasını müəyyənləşdirə bilərik\” deyə bildirib.

Baş nazir: “Qaçqın axını xristian kökənimizi təhdid edir” - VİDEO

Qeyd edək ki, paytaxt Budapeştdə Keleti qatar stansiyasının yenidən açılmasıyla birlikdə qaçqınlar qatarlara hücum edib. Polis vəziyyətə müdaxilə etməyərək geri çəkilib, ancaq qatarlar hərəkət etməyib. Mühacirlər bir-birini əzmə bahasına mindikləri vaqonlarda gözləyib.

Avropaya fərqli yollarla axın-axın gələn minlərlə immiqrantın vəziyyətinin müzakirə ediləcəyi və sentyabrın 5-6-da Lüksemburqda keçiriləcək AB xarici işlər nazirlərinin konfransından öncə AB-nin qurucu olan3 ölkə birliyi hərəkətə keçməyə çağırıb. İtaliya xarici işlər nazirliyindən verilən açıqlamada qaçqınların yaşadığı dramın artdığı bu günlərdə İtaliya xarici işlər naziri Paolo Gentiloni, Almaniya xarici işlər naziri Walter Steinmeier və Fransa xarici işlər naziri Laurent Fabius, Avropanın qaçqın böhranına qarşı cavab axtarışını tələb edən geniş əhatəli bir sənədi imzaladığı deyilir.

Açıqlamada mühacirlərlə bağlı 25 il əvvəl yaradılan mövcud Avropa qaydalar sisteminin məzmun və tətbiqində dəyişiklik edilməsinin vacibliyi vurğulanır. Üç nazır Avropaya gələn qaçqınların ədalətli şəkildə üzv ölkələr arasında paylaşdırılması lazım olduğunu vurğulayıb.

Sazişin AB-nin xarici işlər və təhlükəsizlik üzrə nümayəndəsi Federica Mogheriniyə göndərildiyi bildirilir.

Mogherini də \”twitter\” hesabında \”Qaçqın böhranında birlikdə hərəkət etmə vacibliyi var\” deyib.

Baş nazir: “Qaçqın axını xristian kökənimizi təhdid edir” - VİDEO

İtaliyaya sərhəd nəzarəti tələbi

Almaniya isə bu arada İtaliyadan Avstriya sərhədindəki “Alto Adige-Trentino” (Süd Tirol) Bölgəsinin Brennero qəsəbəsindəki sərhəd idarələrində nəzarətin gücləndirməsini istəyib. Avropanın şimalındakı ölkələrə getmək istəyən qaçqınların toplaşdığı Brennero qəsəbəsinin aid olduğu Bolzano Muxtar Vilayətinin başçısı Arno Kompatscher AB içində sərbəst hərəkəti təmin edən Şengen razılaşmasının Brenneroda dayandırılması müzakirə mövzusu olmadığını, yalnız sərhəd nəzarətini gücləndirdiklərini ifadə edib.

İnterpress.azhttps://youtube.com/watch?v=g7z7E59EQQw