Oqtay Əsədov və Ann Brassör parlament seçkilərinə dair fikir mübadiləsi aparıblarbackend

Oqtay Əsədov və Ann Brassör parlament seçkilərinə dair fikir mübadiləsi aparıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA sədri Ann Brassörlə görüşdə Azərbaycan-AŞPA əlaqələrini inkişaf etdirmək yolları, Azərbaycanda keçiriləcək parlament seçkilərində AŞPA-nın müşahidə missiyası ilə əlaqədar məsələlər müzakirə edilib.

İran Məclisinin sədri Əli Laricani ilə Oqtay Əsədovun görüşündə regional iqtisadi inkişaf və Azərbaycanla İran arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanlarının sədrləri, o cümlədən, Azərbaycanın regionda və onun hüdudlarından kənarda energetika sektorunda və nəqliyyat infrastrukturu yaradılmasında qazanılmış nailiyyətləri müzakirə ediblər.

Albaniya parlamentinin vitse-spikeri Valentina Leskayla görüşdə isə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, vurğulanıb ki, Albaniyanın da ərazisindən keçən Transadriatik Qaz Kəmərinin tikintisi yeni iş yerlərinin açılmasına və Albaniya iqtisadiyyatının inkişafına şərait yaradır. Xanım Leskay Azərbaycanın Albaniya iqtisadiyyatına verdiyi töhfəni yüksək qiymətləndirib.

İnterpress.az