Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% artaraq 1,0486 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0096 manat və ya 0,82% azalaraq 1,1667 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% artaraq 0,0158 manat olub.
İnterpress.az