“Çatlar əmələ gəlib”backend

“Çatlar əmələ gəlib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Şəki rayon icra hakiminin köməkçisi Ziya Vəliyev deyib. Bildirib ki, zəlzələ güclü olsa da, xoşbəxtlikdən tələfat yoxdur: “Hər hansı dağıntı və təlafat yoxdur. Bu dəqiqələrə kimi bizə bununla bağlı bir məlumat daxil olmayıb. Əhali arasında panika yoxdur. Ola bilər ki, hansısa kənddə evlərdə çatlar olsun. Nümayəndələrimiz vasitəsilə araşdırmalar aparılır. Hazırda işdəyik. Zəlzələ olduqdan sonra icra hakimiyyətinin binasına baxış keçirtdik. Düzdür dağıntı yoxdur. Amma xırda cüzi çatlar var”.

Millət vəkili Aydın Mirzəzadə də bu gün Mingəçevirdə baş verən zəlzələ barədə son məlumatları paylaşıb. O, zəlzələnin gücündən bəzi binaların mənzillərində çat əmələ gəldiyini bildirib: “Mingəçevirdə zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib.

Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur”.

Qeyd edək ki, bu gün Azərbaycan ərazisində güclü zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal olub. Ətraf rayonlarda isə 6-5 bala qədər hiss olunub.

İnterpress.az