Bu barədə AzNews.az-a yeni AXCP-dən məlumat verilib.
Müraciətdə deyilir: “Dünən AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-da müsahibəsi yayılıb . O, Əli Kərimlinin siyasətini sərt tənqid edib. Üstündən bir neçə saat keçəndən sonra Bəhruz Tağızadə Facebook səhifəsində video-müraciət yayaraq “liderim Əli Kərimlidir” deyib.
Həmçinin qeyd edib ki, dostları ilə məni (Razi Nurullayevi) “şantaj və ifşa” etmək üçün razılaşdırılmış addım atıb.
Təbii ki, onun video-müraciətindəki çıxışı Bəhruz Tağızadənin çox ciddi şəkildə şantaj olunduğunu göstərirdi. İnsan demək istəyir ki, onu elə şantaj ediblər ki, o, ya bizdən imtina, ya da özünə sui-qəsd etsin/ Bizə şantajın bəzi məqamları aydındır. Bəhruz bəyi, eləcə də bundan sonra onlarla qurbana çevriləcək insanları Əli Kərimlidən, onun söyüş və “təhqir zavodu”nda beyinləri yuyularaq zobmiləşdirilmiş adamlarından qorumaq üçün hökumətə müraciət etmək qərarına gəldik”.
R.Nurullayev Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə – Eldar Mahmudov və Ramil Usubova müraciət edərək B.Tağızadənin şantaj olunması və az qala özünəqəsd vəziyyətinə gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edib: “Məsələ Azərbaycan vətəndaşının şantaj olunması, ailəsi və uşaqları ilə təhdid edilməsi, iradəsinə zidd video-müraciət yaymasındadır. Bunun çox həssas olduğunu nəzərə alaraq, adıçəkilən nazirlikləri dərhal fəaliyyətə keçməyə və Bəhruz Tağızadəni istintaq müddətində Əli Kərimlinin tərəfdarlarından təcrid etməyə çağırıram.
Eyni zamanda, Bəhruz Tağızadənin son bir neçə gündə telefon danışıqlarının məhkəmənin qərarı ilə istintaqa təhvil verilməsini xahiş edirəm. Adıçəkilən şəxsin məlum hadisədən sonra mənimlə də telefon danışığı olub və onun da istintaqa təqdim edilməsini tələb edirəm”.
İnterpress.az