İham Əiyev Belarus səfirinin etimadnaməsini qəbul edibbackend

İham Əiyev Belarus səfirinin etimadnaməsini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomat Gennadi Axramoviç Azərbaycana gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları və ayrı-ayrı qurumlarının rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.

İnterpress.az