Təhlükəli mağazalarbackend

Təhlükəli mağazalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsi açıqlanıb.

Bəlli olub ki, aşağıdakı mağazalarda vaxtı ötmüş mallar satılır:

Gəncə şəhərində
– M.Abbaszadə küçəsi, 65 ünvanında Sərdar Əsgərliyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda
– M.Müşfiq küçəsi, 15/17 ünvanında Süleyman Süleymanova məxsus mağazada;

– Tbilisi prospekti, 43 ünvanında Əjdər Baxşiyevə məxsus mağazada;

Nəsimi rayonunda
– H.Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində \”Novruz LTD\” firmasına məxsus \”Çinar\” restoranında

– S.Rəhimov küçəsi,190 ünvanında Elmar Həsənova məxsus mağazada;

Binəqədi rayonunda
– 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 15 ünvanında Tofiq Nuruyevə məxsus \”Qızıl gül\” kafesində;

Sabunçu rayonunda
– Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, 27C ünvanında Yunis Qəmbərova məxsus \”Durna teli\” restoranında;

Beyləqan şəhərində
– S.Qazıyeva küçəsində Aqşin Bayramova məxsus mağazada;

Xaçmaz rayonunda
– Qusarçay kəndində Vahid Ələnmədova məxsus kafedə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda
– Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 4 ünvanında

Yasəmən Şükürovaya məxsus mağazada;
– S.Məmmədova küçəsi, 41D ünvanında Bədirnisə Əliyevaya məxsus mağazada;

Yasamal rayonunda
– Yeni Yasamal qəsəbəsi, 8 ünvanında Vüsal Hacıyevə məxsus mağazada;

Abşeron rayonunda
– Mehdiabad qəsəbəsində Elçin Abdullayevə məxsus mağazada;

Goranboy rayonunda
– Qaraçinar kəndində Qaçay Quliyevə məxsus mağazada;

Samux rayonunda
– Sərkar kəndində Müslüm İsmayılova məxsus mağazada;

Ağcabədi rayonunda
– Hacıbədəlli kəndində Hüseyn Murtuzova məxsus mağazada;

Beyləqan şəhərində
– M.Ə.Rəsulzadə küçəsində Nazim Abbasova məxsus mağazada;

Biləsuvar şəhərində
M.İbrahimov küçəsində Xudaverdi Kazımova məxsus mağazada;

Qəbələ rayonunda
– Zarağan kəndində Mahir Məsimova məxsus mağazada.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İnterpress.az