Şahidlər musavat.com-a bildiriblər ki, hadisə Yasamal rayonu, Zərgərpalan küçəsində baş verib.
Küçədə ictimai qaydanı pozan iki şəxsi Post Patrul Xidmətinin əməkdaşı intizama dəvət edib. Bu zaman polis əməkdaşı həmin iki şəxs tərəfindən döyülüb.
Döyülən polis serjantı 1988-ci il təvəllüdlü Vüqar Şahverənov olub.
Polisi döyənlər Astara rayon sakinləri olan qardaşlar, 1993-cü il təvəllüdlü Fərid Hənifəyev və 1994-cü il təvəllüdlü Elməddin Hənifəyevdir. Polis əməkdaşı sifətindən bir neçə yumruq zərbəsi alıb. Qardaşlar tərəfindən döyülən polis xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az