İnterpress.az xəbər verir ki, “Kəlam Əl-Yevm” saytı bu barədə məlumat yayıb. Məlumata görə, dürziler Suveyda şeyxlərindən olan Vehid Əl-Bəlus ilə müşayətindəki 7 nəfərin Dehir Əl-Cebəldə öldürülməsindən Baas rejimini günahkar görür.
Bundan sonra bölgənin nüfuzlu şəxs və idarəçilər bir araya gələrək, \”muxtariyyət\” elan etdiklərini açıqlayıb. \”Rical əl-Kerama\” adıyla yayılan açıqlamada Suveydanın Ereba dağlıq bölgəsi \”azad edilmiş bölgə\” elan edilib və bölgədə olan rejim güclərinin çıxarıldığı bildirilib.
Digər tərəfdən, Müvəqqəti Müdafiə Nazirliyinin bölgədə olan silahlı qruplarla əlaqəyə girib müdafiə sistemini formalaşdıracağı vurğulanıb: \”Rejim güclərini bölgədən tam çıxaracağıq\”.
Bundan başqa bölgəni tərk edən əhaliyə geri dönmək çağırışı da edilib.
İnterpress.az