İnterpress.az xəbər verir ki, Ərdoğan “CNN International”da yayımlanan \”Connect to World\” proqramında son hadisələrlə bağlı qiymətləndirmə aparıb. Prezident Ərdoğan “Türkiyənin Suriya içində etibarlı bölgə yaratmaq istəməsi kürdlərin öz rəhbərliklərini qurmağa maneə törətməyə istiqamətlənib?” sualına cavab verib: “Bütün deyilənlər yalandır. Bunun heç bir doğru yanı yoxdur. Hal-hazırda bizim bu söylədiyimiz bölgələrin kürdlərlə əlaqəsi yoxdur. Bu bölgələr əslində bütünlüklə ərəb, türkmənlərə aid olan bölgələrdir”.
\”PYD-nin Suriyanın şimalını işğal edib Aralıq dənizinə açılmaq istədiyini\” bildirən Ərdoğan Türkiyənin bunları gördüyünü söyləyib.
Türkiyənin təhlükəsizliyi üçün ən böyük təhdidin PKK, yoxsa İŞİD olduğu sualına Ərdoğan \”Ölkəmizdəki terror nöqtəsində birinci dərəcədə təhdidi PKK təşkil edir. İŞİD bu anda bizim üçün yurd xaricində bir təhdid meydana gətirməkdədir. Sırasına görə desək, bu sıralama belədir. Xüsusilə PKK ilə olan mübarizəmizdə bu günə qədər olan itkimiz 50 mini aşıb. Bunları bu ölkədə yaşadıq. Bu səbəbdən bizim üçün PKK terror təşkilatı birinci dərəcədə, İŞİD isə ikinci dərəcədə təhdid meydana gətirir. Biz hər ikisiylə də olan mübarizəmizi inamlı bir şəkildə davam etdiririk, davam etdirəcəyik \”cavabını verib.
Qərb ölkələrini də PKK üzərindən tənqid edən Türkiyə prezidenti \”Yəni PKK-nı bir terror təşkilatı olaraq elan edən AB çox təəssüf ki PKK terror təşkilatı üzvlərinin bu ölkələrə sığınmasına həmişə göz yumub. Hətta onların liderlərinin oralarda gövdə nümayişlərinə də fürsət verib. Bu hal-hazırda da davam etməkdədir \”deyə qeyd edib.
İnterpress.az