\”Hər gün şəhid xəbərləri ilə ürəyimizin yandığı bu mühitdə belə 400 vəkil hesabı edən prezidentin utancı bütün ölkəyə yetər\” deyə CHP sədri bildirib.
Kılıçdaroğlu \”Dağlıcada ürəyimizə od düşdü. Hər gün eyni acı … Bu ağrını bizə yaşadanlara da, qandan, gözyaşından bəslənənlərə də lənət olsun! Hər gün şəhid xəbərləri ilə ürəyimizin yandığı bu mühitdə belə 400 vəkil hesabını edən prezidentın utancı bütün ölkəyə yetər! Nə 400 vəkilmiş … Uğruna ölkəni qan gölünə çevirdin, anaları övladsız, övladları yetim buraxdın. Səndə vicdanın qırıntısı belə yoxdur!\”
Qeyd edək ki, Türkiyədə son parlament seçkilərindən sonra mitinqlərdə prezident Ərdoğanın “400 millət vəkilimi verin, bu iş sakitcə həll olunsun” deməsi qəzəb yaradıb.
Bu ilin senytabrında Dağlıcadaki terror hücumuyla bağlı “A Haber” və ATV ortaq yayınına qatılan Türkiyə prezidenti vəziyyəti belə qiymətləndirib: “400 millət vəkilini bir partiya qazansaydı, indi belə olmazdı”.
İnterpress.az