Qubad İbadoğlunun hərəkatı partiyaya çevriləcəkbackend

Qubad İbadoğlunun hərəkatı partiyaya çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü, professor Adil Qeybulla bildirib.

Təşkilatın sədri Qubad İbadoğlunun ABŞ-da ləngiməsinə gəldikdə, o deyib ki, bu, Amerika tərəfinin proqramı uzatması ilə bağlıdır: “Nəzərinizə çatdırım ki, bu, olduqca mühüm proqramdır. İndiyə qədər Azərbaycandan cəmi üç nəfər burada iştirak edib. Vaxtın uzadılması Amerika tərəfinin qərarıdır və Qubad bəyin özündən asılı deyil. Bu qərara hökumət və müvafiq strukturlar tərəfindən maliyyə təminatı, dəstək həyata keçirilir”.

ADR üzvü onu da qeyd edib ki, proqram noyabr ayında başa çatacaq: “Proqram başa çatan kimi Qubad bəy dərhal vətənə dönəcək. Hazırda təşkilatlanma prosesi davam edir. Bütün struktur və infrastruktur formalaşmaqdadır. Rayonların əksəriyyətində şöbələr formalaşmaq üzrədir. Təşkilatın sonrakı taleyi, yəni ictimai təşkilat, siyasi partiya, yaxud digər qurum kimi çalışması situasiyadan asılı olacaq”.

Martın 1-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-a gedib. Onun avqust ayında Azərbaycana qayıdacağı gözlənilsə də, sonradan müddət uzadılıb. Qubad İbadoğlunun iştirakçısı olduğu proqramın əsası ABŞ Konqresi tərəfindən qoyulub, Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir.

İnterpress.az