Nazirliyin mətbuat xidmətindən interpress.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda
– Hövsan qəsəbəsində Mirzə Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nəsimi rayonunda
– M.Qaşqay küçəsi, ev 10 ünvanında Şəhrud Rzayevə məxsus mağazada;
Nizami rayonunda
– Q.Qarayev prospekti və Ş.Mirzəyev küçələrinin kəsişməsində Qədir Bağırova məxsus kafedə;
Şabran şəhərində
– H.Nağıyev küçəsində Sevil Muxtarovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
– 9-cu mikrorayon, M.Cəlal küçəsi, 34 ünvanında Aynurə Sebexanovaya məxsus mağazada;
Abşeron rayonunda
– Mehdiabad qəsəbəsində İmamverdi Həsənova məxsus mağazada;
Saatlı rayonunda
– Sarıcalar kəndində Zahir Əsgərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
İnterpress.az