Bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər.
Polis onlara mane olmağa çalışıb.
Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.
İnterpress.az