Bunu İKT-nin Avropa İttifaqındakı keçmiş nümayəndəsi, hökumətin əleyhinə kəskin ittihamlar səsləndirən və vəzifədən çıxarılandan sonra müxalifət cəbhəsinə keçən sabiq səfir Arif Məmmədov öz Facebook səhifəsində yazıb.
Arif Məmmədov virtualaz.org-un bir az əvvəl haqqında yazdığı və ölkədən qaçaraq sığınacaq üçün Avstraliyaya müraciət edən başqa bir diplomat-Anar Həsənov haqda fikirlərini də bölüşüb: \”Mən Anarı savadlı və ölkəsini sevən bir diplomat kimi tanıyıram. Hakimiyyət Azərbaycanın ən yaxşı diplomatlarına qarşı repressiyalara son qoymasa, yaxında xaricdə kölgə XİN-i açmaq mümkün olacaq. Bütün diplomatlarımızdan problem yarandığı halda mənə müraciət etmələrini xahiş edirəm\”.
Xatırladaq ki, Anar Həsənov Avstraliya və Rumıniya səfirliklərinin keçmiş əməkdaşıdır, hakimiyyət tərəfindən ciddi pozuntularda, böhtan və digər əməllərdə ittiham olunub.
İnterpress.az