Hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.
“Hyundai” markalı “10 VR 410” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər yaralanıb. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterpress.az