Elmar Məmmədyarov Qazaxıstana səfər edəcəkbackend

Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmar Məmmədyarov sentyabrın 10-da Qazaxıstanda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər nazirlərinin iclasında iştirak edəcək.

Şuranın iclasında 24 saat ərzində yayımlanacaq türkdilli ölkələrin müştərək telekanalının yaradılması məsələsi müzakirə olunacaq.

Bundan əlavə, Məmmədyarovun Astanada bir sıra ikitərəfli görüşlərin keçirəcəyi gözlənilir.

Xatırladaq ki, sentyabrın 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti keçiriləcək.

İnterpress.az