SOS: “Qaçqınları bölüşdürməsək, Şengen çökər”backend

SOS: “Qaçqınları bölüşdürməsək, Şengen çökər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fransa prezidenti Holland məcburi paylaşma olmazsa, sərbəst dövriyyə imkanını təmin edən Şengen sisteminin çökəcəyi xəbərdarlığını edib.

Qaçqın axınıyla qarşı-qarşıya olan Avropa Birliyi yaşanan son hadisələrin hökumətlər üzərində yaratdığı təzyiqin də təsiriylə qapıları bir az daha aralama istiqamətində addım atıb. Keçən aylarda İtaliya və Yunanıstanda olan qaçqınların 40 mininin digər ölkələrə könüllülük əsasında bölüşdürülməsi ilə bağlı planı icraata təqdim edən AB Komissiyası bu ölkələrə Macarıstanı da əlavə edib. Eyni zamanda bu sayı 120 minə qədər artırmağı qərara alıb. AB Komissiyası könüllülük prinsipinin gözlənilən nəticəni verməməsi səbəbiylə sabah açıqlayacağı yeni planda ümumilikdə 160 min adamı əhatə edən məcburi bölüşmə sisteminin həyata keçirilməsini təklif edəcək.

Bu sistemə ən çox dəstək verən ölkələrdən olan Fransanın prezidenti Fransua Holland məcburi paylaşmanın olmayacağı təqdirdə sərbəst dövriyyəyə imkan verən Şengen sisteminin çökəcəyi xəbərdarlığını edib. AB Komissiyası tərəfindən hazırlanan plana görə Almaniya, Fransa və İspaniya ümumi sayının 60 %-na bərabər sayda qaçqını qəbul edəcək.

Almaniyanın 31 min 443, Fransanın 24 min 31, İspaniyanın isə 14 min 931 əlavə qaçqın qəbul etməsi nəzərdə tutulur. Yeni plana görə, ən az əlavə qaçqın qəbul edəcək AB ölkəsi 133 adamla Malta olacaq. Üzv ölkələrə qəbul etdikləri hər qaçqın başına 6 min avro pul köçürüləcək. Plana görə, digər ölkələr ümumilikdə Yunanıstandan 66 min 400, Macarıstandan 54 min, İtaliyadan da 39 min 600 qaçqın alacaq. Ölkələrə görə bölgüdə ev sahibi ölkənin milli gəliri, əhalisi, işsizlik səviyyəsi və daha əvvəl qəbul etdiyi qaçqın sayı nəzərə alınacaq.

Məcburi bölgüyə tam dəstək verən Holland köç mövzusunda AB-nin ortaq bir siyasət izləməsinin vacibliyinə diqqət çəkərək, \”Siyasi birlik olmasa bu mexanizm işləməz, çökər və o zaman da bu əhəmiyyətli köç dalğası şübhəsiz pasportsuz Şengen sahəsinin sonu və milli sərhədlərə dönüş olar\” deyib.

Mövzunun 14 sentyabrda AB daxili işlər nazirlərinin təcili konfransında müzakirə ediləcək.

İnterpress.az