Prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bildiklərini deyiblər. Məhkəmə prosesi sentyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Nəsibə Axundovanı öldürüb evini qarət etməkdə təqsirləndirilirlər.
Onu da qeyd edək ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyib.
İnterpress.az