İnterpress.az xəbər verir ki, Kalakan rəsmilərindən Rəhmətullah Fakirzadə mətbuata verdiyi açıqlamada partlayış hadisəsini təsdiqləyib.
Rayondakı hadisənin səhər saatlarında meydana gəldiyini bildirən Fakirzadə təhlükəsizlik güclərinə aid bir vasitənin yol kənarına yerləşdirilmiş minaya tuş gəldiyini qeyd edib.
Hələlik partlayışın məsuliyyətini heç bir qrup üzərinə götürməyib.
İnterpress.az