İlham Əliyev isveçrəli səfiri qəbul etdibackend

İlham Əliyev isveçrəli səfiri qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib

İnterpress.az